Bu gün “Qafqazinfo” xəbər portalı yaranmasının növbəti ildönümünü qeyd edir.
Portalın 16 yaşı olur.
2010-cu il avqustun 16-da fəaliyyətə başlamış “Qafqazinfo” hazırda 30-dan çox əməkdaşla fəaliyyətini davam etdirir. Portalın əməkdaşları həm paytaxtda, həm də regionlarda xəbər toplayır, onları dəqiqləşdirib oxucuların ixtiyarına verirlər.
Ölkədə ən çox oxunan, istinad edilən mənbələrdən biri olan “Qafqazinfo”da Azərbaycan və rus dilində gündəlik 100-dən çox xəbər dərc olunur, sayt 24 saat fasiləsiz yenilənir.
“Qafqazinfo”da çalışan həmkarlarımızı təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayırıq!
Mənbə: azertag.az