Həkim koronavirusdan sağalanlarda antikor yaranmasına nəyin mane olduğunu açıqlayıb

Həkim koronavirusdan sağalanlarda antikor yaranmasına nəyin mane olduğunu açıqlayıb

Koronavirusa yoluxub xəstəliyi ağır formada keçirən insanlarda bəzi dərmanların qəbul edilməsi səbəbindən antiokorların yaranması aşağı sürətli ola bilər.

Sonxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə rusiyalı professor, tibb elmləri doktoru, həkim-infeksionist Nikolay Malışev bildirib.

"İndi bəzən bir insanın xəstəliyi ağır keçiridiyini və antikorlarının çox yüksək olmadığını müşahidə edirik. Bu adətən müalicə ilə bağlıdır. İlk dəfə bununla donuz qripi xəstələrinin müşahidəsi zamanı qarşılaşmışdıq", - N.Malışev deyib.

O, antiviral dərmanlar qəbul edənlərdə qoruyucu antikor ifrazının əhəmiyyətli dərəcədə az ola biləcəyini söyləyib.

Mənbə: sonxeber.az