Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO

Bəzi məhsulları icazəsiz yığdığınıza görə cərimə oluna bilərsiniz - Qanun nə deyir? - VİDEO
Yol kənarındakı ağacdan meyvə yığmağın mümkün olub-olmaması həmin ərazinin kimə məxsus olmasından asılıdır.
"Qanun nə deyir?" rubrikasının bugünkü mövzusu meşə fondu ərazilərində məhsul yığımı ilə bağlıdır.

Qanunvericiliyə əsasən, istənilən ərazilərdə özbaşına məhsul yığmaq qadağandır.

İnzibati Xətalar Məcəlləsinə əsasən, meşə fondu sahələrində özbaşına ot biçilməsi və ya mal-qara otarılması, özbaşına yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə yığılmasına görə cərimələr müəyyənləşib.

Qeyd olunur ki, meşə fondu sahələrində özbaşına ot biçilməsinə və ya mal-qara otarılmasına və ya yabanı meyvə, qoz-fındıq, göbələk, giləmeyvə və sair yığılması qadağan edilən və ya buna ancaq meşə biletləri üzrə yol verilən sahələrdə onların özbaşına yığılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Mənbə: oxu.az