“Tək qalmışam, kömək edəcək kimsə yoxdur, ağrılarım isə dəhşətlidir – Redaksiyaya Müraciət

“Tək qalmışam, kömək edəcək kimsə yoxdur, ağrılarım isə dəhşətlidir – Redaksiyaya Müraciət

Paytaxt sakini 62 yaşlı Svetlana Əkbərova Media.Az-ın redaksiyasına müraciət edib. Kirayə mənzildə yaşayan qadının oğlu ölkə xaricindədir və heç bir şəkildə ona kömək edə bilmir.

“Son 15 ildə ailələrdə xadimə kimi çalışdım, ancaq təəssüf ki, pandemiya zamanı işsiz qaldım. Öz mənzilim olmadığına görə mənzil üçün ayda 250 manat ödəməliyəm. Ən azından pul qazanmaq üçün uşaq kitabları satmağa başladım, amma bu yaxınlarda ağır xəstələndim”, - deyə S.Əkbərova bildirib.

Onun sözlərinə görə, qəfildən qarın nahiyəsində sancılar yaranıb.

“Ultrasəs müayinəsi öd kisəsində daş olduğunu göstərib. Dəhşətli ağrılarım var, xeyirxah insanlardan əməliyyat üçün mənə kömək etmələrini xahiş edirəm. Kömək istəyəcəyim heç kim yoxdur. Oğlum uzaqda yaşayır və onsuzda imkanı yoxdur, özü də çətinliklə dolanır. Sonra yenidən işləmək istəyirəm. Bəlkə kiməsə xadimə lazım olar, buna sevinərəm, üstəlik təcrübəm də var”, - deyə Svetlana Əkbərova qeyd edib.

Mənbə: www.oxu.az