Tunisdə son bir həftə ərzində törədilən iğtişaşlarla bağlı 1200-dən çox adam saxlanılıb

Tunisdə son bir həftə ərzində respublikanın müxtəlif bölgələrində baş verən kütləvi iğtişaşlarla bağlı 1200-dən çox aksiya iştirakçısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə Tunis İnsan Haqları Liqası sədrinin müavini Bassem Trifi “Shems FM” radiostansiyasına verdiyi müsahibəsində bildirib.

“Gecə ərzində törədilən sonuncu iğtişaşlarla bağlı tutulanların sayı 1200-ü keçib, onlardan 30%-i yetkinlik yaşına çatmayan şəxslərdir”, - məlumatda belə deyilir.

Trifi bildirib ki, həbs olunan insanların əksəriyyəti dinc etiraz aksiyalarında iştirak edənlərdir. Rəsmilər birbaşa qarət və vandalizmlə məşğul olanlardan yalnız bir qismini tuta bilib.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

“HƏR ŞEY PUTİNİN HAKİMİYYƏTDƏN NECƏ GEDƏCƏYİNDƏN ASILI OLACAQ”– “Hamı aksiyada “Putin oğrudur” şüarını səsləndirirdi. Niyə?...”

SONRAKI XƏBƏR

Azərbaycan Respublikasının Avropa Şurasında üzvlüyünün 20 illiyi Strasburqda qeyd olunub (FOTO)