Ərinin yuxusuna inanıb 60 milyon dollar uddu

Kanadada kasıb ailə lotoreyadan 60 milyon ABŞ dolları udub.

Publika.az CNN-ə istinadla xəbər verir ki, 1980-ci ildə Laosdan Kanadaya gələn cütlük müəyyən yerlərdə işləyiblər. Buna baxmayaraq, 20 il əvvəl kişi yuxusunda lotoreyada qalib gəldiyini həyat yoldaşına danışıb.

Qadın isə həmin rəqəmləri yaddaşında saxlayır və hər il lotereya biletləri alır.

20 ildən sonra kişinin gördüyü yuxu çin olub və ailə 60 milyon ABŞ dolları qazanıb.

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Gecikmiş neyrosifilis

SONRAKI XƏBƏR

74 yaşında ABŞ-ın ilk qadın maliyyə naziri oldu