Peyvənd proqramı bu həftə başlayacaq

Peyvənd proqramı bu həftə başlayacaq

Mərakeşdə koronavirus peyvəndləri artıq ölkənin müxtəlif bölgələrinə paylanılmağa başlanılıb.

Şimali Afrika bu ölkəsi peyvənd kampaniyasına bu həftə başlayacaq.

AstraZeneca dərman şirkəti tərəfindən hazırlanan peyvənd istifadəyə veriləcək.

REAL xəbər verir ki, bu barədə ölkənin milli xəbər agentlikləri məlumat yayıb.

Peyvənd proqramına əsasən səhiyyə işçiləri, müəllimlər, təhlükəsizlik oraqnı işçiləri, 75 yaşdan yuxarı insanlar və COVID-19-a yoluxma yüksək olduğu bölgələrdə yaşayan insanlara vaksinin ilk dozası vurulacaq.

Eyni zamanda, Mərakeş bu həftə Çindən Sinofarm peyvəndi alacaq.

Hökumət bütün əhalini peyvəndləməküçün kifayət qədər vaksin doza aldığını bildirib. Qeyd edək ki, mərakeşdə əhalisinin sayı 33 milyondur.

Bundan başqa, indiyədək ölkədə virusa yoluxanların ümumi sayı 466 mini ötüb. Onlardam 8 mini pandemiyanın qurbanı olub.

 

Mənbə: www.realtv.az