"Gözüm kəlləmə çıxdı" - Uşaq doğulan kimi danışdı

"Gözüm kəlləmə çıxdı"  - Uşaq doğulan kimi danışdı

Rusiyanın Norilsk şəhərində dünyaya gələn uşaq dərhal danışıb.

Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə. Uşağın valideyinləri Rodion və Liza Bajevalar övladlarının qeyri-adi bacarığından heyrətə gəliblər.

Uşaq dünyaya gözlərini açan kimi - "Ata" deyə çağırıb. Doğuşu qəbul edən akuşerka deyib əvvəlcə elə bildim qulağıma səs dəyib yəqin: "Bir neçə an keçəndən sonra uşaq təkrar danışdı, həm də bu dəfə ana dedi. Gözüm kəlləmə çıxdı".

Növbəti gün anası ona indi atan gələcək-deyəndə uşaq - kim? Ata?-deyə sual edib.

Bir ayı tamam olmamış Stepan artıq rahat formada o tərəf bu tərəfə fırlanır.

Atası psixoloqla söhbətində deyib ki, biz o ana bətnində olanda onun üçün nağıl, şeir oxuyur, söhbət edirdik: "İndi ona həmin şeirləri, nağılları oxuyanda diqqətlə dinləyir".

Psixoloq deyib ki, fiziki və əqli cəhətdən çox inkişaf etmiş valideynlərin belə övladı olması normaldır: "Dünya inkişaf edir, bu gün dünyaya gələn uşaq dünənkinə bənzəmir. Son 20 ildə dünyaya gələn uşaqların enerjisi iki dəfə daha artıqdır". Psixoloq Vladislav Luqovenko uşağın əqli inkişafını və qeyri-adi bacarıqlarını harda, hansı iqlimdə və biosahədə doğulmaları ilə əlaqələndirib.

Mənbə: news.day.az