İki aydır yoluxmanın olmadığı Yeni Zelandiyada koronavirusun yeni ştamı tapıldı

İki aydır yoluxmanın olmadığı Yeni Zelandiyada koronavirusun yeni ştamı tapıldı

 

Yeni Zelandiya həkimləri ölkədə iki aydan sonra koronavirusa yenidən yoluxma qeydə alıblar.

TASS xəbər verir ki, bu barədə koronavirusla bağlı gündəlik mətbuat konfransında bildirilib.

Qeyd edilir ki, ölkə ərazisində koronavirusun müşahidə edilən növü Cənubi Afrika variantıdır.

Bundan əvvəlki yoluxma ötən il noyabrın 21-də İspaniyadan Yeni Zelandiyaya üçan qadında rast gəlinib.

Bu günə qədər Yeni Zelandiyada 2 288 nəfərdə koronavirus infeksiyası qeydə alınıb, 25 nəfər ölüb, 2 199 nəfər sağalıb. Xəstəliyə yoluxmuş 64 nəfər evdə həkim nəzarəti altında müalicə olunur.

Ölkəyə gələn əcnəbilər iki həftə dövlət karantin mərkəzlərində qalmalı və üç dəfə koronavirus testindən keçməlidirlər. Ölkədə may ayında əhalinin koronavirus əleyhinə kütləvi peyvəndlənməyə başlanması gözlənilir.

Mənbə: www.oxu.az