İkinci Dünya müharibəsində həlak olan 878 nəfərin qalıqları Belarusda yenidən dəfn edilib

İkinci Dünya müharibəsində həlak olan 878 nəfərin qalıqları Belarusda yenidən dəfn edilib

İkinci Dünya müharibəsi zamanı həlak olan 878 nəfərin qalıqları Belarusda tapılaraq yenidən dəfn edilib. SİA "BELTA"ya istinadla xəbər verir ki, 52-ci ixtisaslaşdırılmış axtarış taborunun mütəxəssisləri, 600 Fəhlə Kəndli Qırmızı Ordu hərbçisinin, 273 müharibə qurbanının və 5 müqavimət hərəkatı iştirakçısının qalıqlarını yenidən dəfn etmək üçün təhvil veriblər. Məlumata görə, keçən il İkinci Dünya müharibəsi zamanı ölən 14 min insan haqqında məlumatlar tamamlanıb.

Mənbə: sia.az