Ölkələrin müdafiə xərcləri 1,9 faiz artıb

Dünya ölkələrinin müdafiə xərcləri 2020-ci ildə 1,9 faiz artaraq 1,9 trilyon ABŞ dollarına çatıb.

“Report”un məlumatına görə, bu barədə “Jane's” Təhlil İnformasiya Mərkəzinin hesabatında qeyd olunub.

Hesabata görə, son 10 ildə müdafiə xərcləri üçün ayrılan vəsaitin miqdarı 180 milyard ABŞ dolları həcmində artıb. Belə ki, 2010-ci ildə bu rəqəm 1, 75 trilyon ABŞ dolları təşkil edib.

Mərkəzin eksperti Endryu Makdonald bildirib ki, yeni növ koronavirus infeksiyasının yaratdığı iqtisadi tənəzzül müdafiə xərclərinin azalmasına gətirib çıxaracaq:

“Çox güman ki, Avropa, Asiya-Sakit Okean və Latın Amerikası ölkələri 2021-ci ildə müdafiə xərclərini azaldacaqlar. Sonradan dünya ölkələrinin müdafiə xərclərinin artımı davam edəcək və 2030-cu ilədək bu rəqəm 2,23 trilyon ABŞ dollarına çata bilər”.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Ön xətdəki hərbçilərin MAAŞI: “Onların pulunu kəsmək cinayətdir” - SORĞU / VİDEO

SONRAKI XƏBƏR

BMT: dünyanın iki hissəyə bölünmə təhlükəsi var