Almaniyada bir gündə koronavirusdan 903 nəfər ölüb

Almaniyada bir gündə koronavirusdan 903 nəfər ölüb

Almaniyada son bir gündə koronavirusa 6408 nəfər yoluxub, 903 pasiyent dünyasını dəyişib. Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 2 148 077 yoluxma halı aşkarlanıb, 52 990 ölüm hadisəsi qeydə alınıb.

İndiyədək 1,8 milyondan çox insan xəstəliyə qalib gəlib.

Mənbə: azvision.az