Kimə Çin, kimə Amerika peyvəndi: Azərbaycanda ədalətli bölgü aparılacaq?

Kimə Çin, kimə Amerika peyvəndi: Azərbaycanda ədalətli bölgü aparılacaq?

ÜST “COVAX” proqramı çərçivəsində 40 milyon doza COVID-19 peyvəndini tədarük etmək üçün Pfizer/BioNTech ilə müqavilə imzalayıb.

Cebhe.info xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, ölkəmiz ötən ilin sonlarından “COVAX” platforması çərçivəsində danışıqlara başlayıb.

Məlumatda o da qeyd olunur ki, peyvəndin istehsal olunduqdan sonra tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər Azərbaycana da gətirilməsi nəzərdə tutulur.

Ümumilikdə isə bu proqram çərçivəsində peyvəndlər fevral ayından paylanacaq.

Ölkəmizdə artıq Çin istehsalı peyvəndlərin vurulmasına başlanıb.

Bəs yeni vaksin gəldikdən sonra namizədin peyvəndlər arasında seçim etmək şansı varmı? Əgər yoxdursa, həmin vaksinlər kimlər üçün nəzərdə tutulur?

TƏBİB-dən bu suala cavab verilməyib və bildirlib ki, bütün proses Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun aparılacaq.

Strategiyanın təsdiq edilməsi haqqında sərəncamda qeyd olunur ki, ilk növbədə peyvəndləmə könüllük prinsipi əsasında aparılır. Sərəncamın 5.1.5-ci maddəsinə əsasən, pandemiya ilə mübarizədə vaksinasiya hər bir fərd üçün (risk qruplarına prioritetlik verilməklə) onun gəlir səviyyəsindən, yaşayış yerindən və digər fərqli xüsusiyyətlərindən asılı olmayaraq ədalətli şəkildə aparılmalıdır.

Gülnarə Məmmədova
 

Mənbə: cebhe.info