Jurnalistikanin 79 yaşlı müəllimi - VİDEO

Bu gün Azərbaycanın tanınmış jurnalisti, BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri Cahangir Məmmədlinin ad günüdür. O, 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Uzun illər Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, Jurnalistika fakültəsinin dekani vəzifələrində çalışıb.

Cahangir Məmmədli, Filologiya elmləri doktoru, professordur.

İndiyədək 1000-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir. Jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibi olan Cahangir Məmmədli Prezident təqaüdçüsüdür. 2003-2005-ci illər aralığında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olan Məmmədli, 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.

 

 

Realtv.az

ƏVVƏLKİ XƏBƏR

Peyvənd vurduran Çağla Şikel yenidən koronavirusa yoluxub? - VİDEO - FOTO

SONRAKI XƏBƏR

Səudiyyənin paytaxtına raket hücumu edildi