Ermənistan qırmızı düyməyə basır – Ölkədə kişi çatmır

Ermənistan qırmızı düyməyə basır – Ölkədə kişi çatmır

Ermənistanda kişilərin sayında kəskin azalma var.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, onsuz da kişilərin azlıq təşkil etdiyi Ermənistanda vəziyyət müharibədən sonra daha da kritik həddə çatıb.
Bu barədə “Sputnik Armenia”nın müxbiri öz məqaləsində bəhs edib.
Onun sözlərinə görə, müharibədə ölən 5.000 əsgər bunu bir daha sübut edir. Qadınlar indi Ermənistanda uşaq doğmaq istəmir. Çünki onların fikrincə, əgər uşağı dünyaya gətirib, sonra da əsgər kimi qurban edəcəklərsə, nəsil artırmağa lüzüm yoxdur.
Müxbir yazısında 44 günlük Qarabağ müharibəsini 1941-1945-ci illərdə gedən Böyük Vətən müharibəsi ilə müqayisə edir.
“Yadımdadır, Böyük Vətən Müharibəsində oxşar vəziyyət yaranmışdı. Ətrafımızda çoxlu qadın var idi, kişi isə çatmırdı. Məktəblərdə, xəstəxanalarda və hətta inşaat sahələrində qadınlar çoxluq təşkil edirdi. Rəqs meydançalarında qızlar həmcinsləri ilə rəqs edirdilər”.
O, məqaləsində bu vəziyyətin hazırda Ermənistanda hökm sürdüyünü vurğulayır. Jurnalist qeyd edir ki, erməni gəlinlərini bəysiz buraxmaq boş bir demoqrafik çuxur yaratmaq deməkdir.
Bundan başqa mətbuat nümayəndəsi erməni qadınlarının problemlərlə boğuşan Ermənistanda deyil, başqa dinc bir ölkədə dünyaya uşaq gətirmək marağında olduğunu da vurğulayır.
Ermənistanın statistikasına görə, keçən ilin sonunda kişilər - 1 383 231 (% 46,5), qadınlar isə 1 588 588 (53,5%) nəfər təşil edib.
Erməni iqtisadçı Ara Galoyan isə bildirib ki, son üç ildə artım statistikası 2018-ci ildə 4087, 2019-cu ildə 3579, 2020-ci ildə isə 2394 nəfər olub.
Müəllif süni mayalanmanın da bu problemi həll etməkdə tam səmərəli olmadığını da qeyd edib.
Jurnalist bilririb ki, Avropa Embriologiya və İnsan Reproduksiyası Cəmiyyətinə görə, süni mayalanmada qadınların yalnız 33 faizi uğur qazana bilir.
Müəllif bundan çıxış yolu olaraq əhalini daha çox uşağa sahib olmaq üçün həvəsləndirməyin lazım olduğundan da söz açıb.
"Bunu elə etməliyik ki, əhali arasında iki və ya daha çox uşağın olması, idmanla məşğul olmaq kimi dəbdə olsun. Böyük Vətən Müharibəsi bitdikdən sonra, Sovetlər Birliyində əhalini demoqrafik inkişafa həvəsləndirmək üçün "Qəhrəman Ana" medalı təsis edilmişdi''.
''Düzdür, Ermənistanın “eyni şücaətə” görə öz medalı var, lakin mükafatı iyirmi nəfərdən çox alan olmayıb. Nəzərə alsaq ki, hazırda ölkədə boşananlar evlənənlərdən çoxdur, hansı vəziyyətin içində olduğumuzu başa düşərik”,- deyə müəllif bir daha ölkədəki acınacaqlı demoqrafik vəziyyəti təsvir edib.

Mənbə: teref.az