Fransa yeni epidemiya təhlükəsi ilə üzləşdi: İki milyon ördək məhv edildi

Fransa yeni epidemiya təhlükəsi ilə üzləşdi:  İki milyon ördək məhv edildi

Fransada quş qripi səbəbiylə təxminən 2 milyona yaxın ördək öldürülüb.

Olaylar.az xəbər verir ki, Avropada koronavirus epidemiyasından ən çox təsirlənən ölkələrdən biri olan Fransada həm də quş qripi epidemiyası yayılıb.

Qida və kənd təsərrüfatı naziri Culyen Denormandiye Fransanın 8 əyalətində quş qripinin aşkarlandığını söyləyib:

"Məhz bu səbəbdən, təxminən 2 milyona yaxın ördək öldürüldü. Virus ördəklər arasında yayılıb. Virusun insana keçmək riskinin olmadığını nəzərə alaraq, yumurta toyuq və ördək istehlakında problem olmayacağını demək mümkündür", - deyə nazir bildirib.

Qeyd edək ki, Fransada 2015-2016 və 2016-2017 cı illərdə ardıcıl olaraq quş qripi səbəbiylə milyonlarla heyvan öldürülüb. Xəstəliyin yayılması ölkənin ixracat gəlirlərinə milyonlarla dollar ziyan vurub.

Mənbə: olaylar.az