Şəhərin mərkəzində ara məsafəsi saxlanılmadan bina tikilir, nə çıxmağa həyətimiz, nə də avtomobili saxlamağa yerimiz var.
Xezerxeber.az-a istinadən məlumata görə, bu fikirləri Səbail rayonu, Bayıl qəsəbəsinin sakinləri iddia edirlər.
Söhbət Bayıl qəsəbəsi "SABAH Residence" yaşayış kompleksinə məxsus binanın yaxınlığında inşası başa çatmaq üzrə olan "Rahat Həyat" yaşayış kompleksindən gedir.
Sakinlərin iddialarına "Rahat Həyat" Mənzil Tikinti Korporativinin sədri Rauf Qasımov ayınlıq gətirddi: "Biz sözügedən ünvanda bir kompleks yaratmışıq. Bu artıq bizim dördüncü binadır. Bu kompleksin tikintisi üçün biz 2014-cü ildə aidiyyati dövlət orqanları və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi sənədləri almışıq. Bir şeyi də diqqətinizə çatdırım ki, sözügedən bina iki sökülmüş binanın yerində inşa olunub. Yəni biz layihədən kənara çıxmamışıq, məsafə layihədə necədirsə, o formada qorunub saxlanıb".
Qeyd edək ki, tikinti ilə bağlı icazə sənədlərinin təqdim olunmasını istədik, amma göstərilmədi.
Mənbə: azxeber.com