Atasının və qardaşının qisasını almaq üçün döyüşə gedən qazimiz - VİDEO

Atasının və qardaşının qisasını almaq üçün döyüşə gedən qazimiz - VİDEO

"Report"un Qərb Mərkəzinin müxbiri Vətən müharibəsində hər iki ayağından yaralanan qazi Qocayev Xəqani German oğlunla həmsöhbət olub.

Xəqani 1988- ci ildə Qərbi Azərbaycandan ailəsi ilə birgə ermənilərin Azərbaycana qarşı ərazi iddalarına başladıqdan sonra məcburi şəkildə öz dədə-baba torpaqlarından zorla qovulublar:

"O vaxt atamla qardaşım ermənilərə girov düşmüşdü. Qardaşımı atamın əlindən alıb işgəncələr veriblər. Onu körpə olanda ermənilər yerə çırpıb. Aldığı tranvalar nəticəsində qardaşım 28 yaşında vəfat etdi.

Ölkədə elan olunan qismən səfərbərlik çərçivəsində könüllü olaraq döyüşə gedən Xəqani bir müddət təlim keçdikdən sonra Füzulidən döyüşlərə başladığını deyir: "Füzulidə 3-4 gün qaldıq. Əmr gəldikdən sonra biz gecəynən Şuşa-Xankəndi istiqamətinə getdik. Hardasa 13 saat yol getdik. Getdik Şuşa-Xankəndi istiqamətinə və orada mühasirəyə düşdük. Bizdən qabağda olan döyüş yoldaşlarımızın köməyə gəlməsi ilə mühasirəni yararaq Şuşa istiqamətində hərəkətə başladıq".

Vətən müharibəsi iştirakçısı, qazi X.Qocayev deyir ki, noyabrın 8-də Şuşaya doğru hrəkət etməyə başlayıblar. Bu zaman isə düşmən güclü həyəcan siqnalı veriblər: "Şuşa-Xankəndi-Daşaltı istiqamətində döyüşlərə başladıq. Düşmənin güclü həyəcan siqnalının ardınca bizi ağır ertileriya qurğularından və iri çaplı silahlardan atəşə tutudular".

O əlavə edib ki, yaralı və şəhidlərin olmasına baxmayaraq "İrəli" əmri ilə düşmənin üstünə şığıyıblar:"Qabağa getmək istəyirdim ki, arxadan güllə səsi gəldi. Ayağımda ağrı hiss etdim. Daş insanın ayağına dəyəndə necə ağrı hiss edirsə elə bir ağrı hiss etdim. Çöndüm baxdımki əclaf məni vurub. Nəsə deyirdi başa düşmək olmurdu. Elə fürsət yarandı ki, mən dönməyimlə bunu görüb vurdum, qisasımı aldım ondan. Bu yıxıldı yerə, həmin an məndə qəhramanlıq hissi yaranmışdı. Nəsə qabağa çöndüm axsıya axsıya biraz getmişdim ki, minamyot düşdü arxaya, məni üzü üstə çırpdı yerə sonra gördümki mən özümü hiss etmirəm, ayağımdan qan axdığını gördüm və bundan sonra huşumu itirmişəm".

Qeyd edək ki, X.Qocayev ailəlidir, 2 qızı var. Vətən müharibəsində hər iki ayağından yaralanan, Xəqani eyni zamanda bədəninin müxtəlif nahiyələrində bədənində bir neçə qəlpə də gəzdirir.

Mənbə: azpolitika.info