Koronavirusdan sağalan şəxslərdə immunitet sisteminin necə olduğuna dair suallara cavab tapılıb.
Cebhe.info xəbər verir ki, bu barədə sualları Rusiyanın Paster adına Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri cavab verib.
Araşdırmalar göstərib ki, COVID-19-dan sağalan şəxslərdə ilk 1-2 ayda immunitetin zəifləməsi özünü göstərir.
Bu müddətdə şəxsdə zəiflik, passivlik, yuxuya meyillik kimi əlamətlər özünü göstərir.
Ancaq bu immunitet depressiyası dəyişkən xarakter daşıyır. Belə ki, müəyyən müddətdən sonra şəxs əvvəlki həyatına geri qayıdır.