ABŞ-da şəhər meri ona yaxınlaşan sakinə bibər qazı püskürtdü

ABŞ-da şəhər meri ona yaxınlaşan sakinə bibər qazı püskürtdü

ABŞ-ın Portlend şəhərinin meri Ted Uiller kafedə ona yaxınlaşan sakinə qarşı bibər qazı istifadə edib.

Bu barədə “Oregonian” nəşri xəbər yayıb.

Bildirilir ki, T.Uiller şəhərin sabiq meri Sem Adamsla şam yeməyini bitirərkən onlara doğru bir kişi yaxınlaşıb. Yerli sakin meri müəssisədə maskasız şam etməkdə təqsirləndirib. Uiller öz növbəsində bildirib ki, onlar çardaq altında yemək yeyiblər, orada isə fərdi qoruyucu vasitəyə ehtiyac yoxdur.

Özü də maskasız olan kişi bununla belə əlində kamera ilə meri maşınına qədər izləyib,

Uiller öz həyatı üçün narahat olmağa başladığını etiraf edib:

“Açıq şəkildə məndən əl çəkməsini istədim. O, bunu etmədi, mən də dedim ki, üzərimdə bibər balonu var və təqibə davam etsə, istifadə edəcəyəm. O, yaxın məsafədə qalmağa davam etdi, mən də bibər qazını çıxarıb onun üzünə püskürtdüm”, - deyə merin polis idarəsində yazdığı ifadədə bildirilir.

Bundan sonra Uiller gözlərini yuması üçün kişiyə şüşədə su verib.

Hazırda şəhər merinin istintaqda polislə əməkdaşlıq etdiyi vurğulanıb.

Mənbə: paralel.az