Bakının yaxınlığında məxfi obyekt - YERİN ALTINDA ŞƏHƏR... / VİDEO

Bakının yaxınlığında məxfi obyekt - YERİN ALTINDA ŞƏHƏR... / VİDEO

SSRİ dövründə sovet respublikalarının hər yerində çox sayda məxfi hərbi obyektlər tikilirdi.

Onların ərazisi xüsusi qorunurdu və yerləşdiyi məkan məxfi saxlanılırdı. Xüsusən də nüvə obyektləri ən qorunan yerlər idi. Belə məxfi yerlərdən biri də Bakıdan şimala doğru 60 km məsafədə Sitalçay kəndi ərazisində yerləşir. "Tik-Tok"-da yayılan videoda nəhayət ki bu obyekti yaxından görmək mümkün oldu.

"Google Map"də bu obyekti yəqin ki, çoxları görüb.

Gəlin əvvəlcə videodakı obyektlə xəritədəki obyektin eyni olub olmadığını müəyyən edək.

 

Xəritədə göründüyü kimi obyekt iki hissədən ibarətdir. Videoda onun biri göstərilir. Həmin hissənin yarımçıq qalıqlarını və ora gedən yolu görmək mümkündür. "Google Earth" vasitəsilə bu hissənin videodakı hissə ilə eyni olduğunu təsdiq etmək mümkündür.

Beləliklə, dəqiq demək olar ki, videodakı və xəritədəki obyektlər eynidir. İndi isə bu obyektin nə üçün inşa edildiyinə keçək.

Videoda bununla bağlı geniş məlumat yoxdur. Sadəcə şərhlərdən bilmək olur ki, obyekt yerin altına doğru bir neçə mərtəbədən ibarətdir. Amma onun məqsədləri barədə bilgi verilmir.

Araşdırmamızın nəticəsi olaraq deyə bilərik ki, bu, nüvə partlayışından qorunmaq üçün yerin dərinliyinə doğru tikilmiş bunkerdir. Onun dərinliyi 13 mərtəbədir. Belə bunkerlərdən biri o vaxtkı sovet respublikası olan Moldovada var. "Komsomolskaya pravda" qəzeti həmin bunkerdən geniş reportaj etmişdi və oradakı fotolardan görmək olur ki, Azərbaycandakı bunkerlə eyni üslubda inşa edilib.

Qəzetin araşdırmasında deyilir ki, SSRİ-də yalnız 3 belə bunker inşa edilib - Belarus, Moldova və Azərbaycanda.

Mənbə: redaktor.az