Dilçilik İnstitutunun "Qaynar xətt"i sabahdan fəaliyyətini davam etdirəcək

Dilçilik İnstitutunun "Qaynar xətt"i sabahdan fəaliyyətini davam etdirəcək

AMEA Nəsimi adına Dilçilik İnstitutu "Qaynar xət"lə bağlı məsələyə aydınlıq gətirilib.

İnstitutdan Redaktor.az-a bildirilib ki, "Qaynar xət"də çalışan iki əməkdaş öz ərizələri ilə işdən azad ediliblər:

"Onlar yeni yaradılan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində işə başlayıblar. Bu səbəbdən həm də pandemiyaya görə "Qaynar xətt"in fəaliyyəti keçən ilin sonlarından müvəqqəti olaraq dayanıb. Həmçinin, institutda otaq azlığı səbəbindən "Qaynar xətt" otağı müvəqqəti olaraq Müdafiə Şurasına verilmişdi".

Məlumatda vurğulanıb ki, "Qaynar xətt"in avadanlıqları Monitoriq şöbəsindədir və sabahdan "Qaynar xətt" öz fəaliyyətini davam etdirəcək.

Mənbə: redaktor.az