FHN psixoloji yardımlara davam edir - VİDEO

FHN psixoloji yardımlara davam edir - VİDEO

Vətən müharibəsi dövründə fiziki və maddi fəsadlarla yanaşı həm də psixoloji fəsadlara gətirib çıxardı. Elə bu məqsədlə müharibənin ilk günlərindən etibarən erməni terroruna məruz qalmış Gəncə və Bərdə şəhər sakinlərinə psixoloji dəstək göstərmək məqsədilə FHN tərəfindən psixoloqlardan ibarət heyət ezam olunub. Mütəmadi olaraq həyata keçirilən bu tədbirlərlə psixoloji yardım həm ailə üzvünü itirmiş şəxslərə, həm yaşayış yerlərinin dağıdılması nəticəsində gərginlik və stress yaşayan insanlara, o cümlədən əhalinin həssas qrupu olan uşaqlara göstərilir.

Qeyd edək ki, 2020-ci ilin aprel ayından FHN-in 112 nömrəli qaynar xəttində vətəndaşlara psixoloji dəstək fəaliyyətə başlayıb.

Davud Sulatnov bildirdi ki, hazırda müahribədən zərər çəkmiş vətəndaşlara yardım məqsədilə Türkiyədən dəvət olunmuş mütəxəssislər tamamilə ödənişsiz olaraq müraciət edənlərin psixoreabilitasiyası ilə məşğuldurlar. Müraciət edənlər arasında qazilər, müharibə iştirakçıları, şəhid ailələri və müharibədən zərər görmüş şəxslər var. Türk mütəxəssislərin qəbuluna yazılmaq üçün isə FHN-in 112 Qaynar xəttinə zəng edib qeydiyyatdan keçmək lazımdır.

Mənbə: www.realtv.az