Nazilə Səfərli ölkəni tərk etdi

Xarici İşlər Nazirliyi tanınmış şairə Nazilə Səfərlinin müraciətinə müsbət cavab verib.

Milli.Az bildirir ki, bu barədə N.Səfərli unikal.org-a məlumat verib. O, qeyd edib ki, artıq atası ilə Gürcüstana yola düşüb:

"Əmim Məmmədov Binəli Allahverən oğlu Rusiyada rəhmətə gedib. Atam Məmmədov Bəhlul Allahverən oğlu qardaşının dəfn mərasimində iştirak etmək üçün Gürcüstana getməliydi. Pandemiyaya görə, Azərbaycanı tərk edə bilmirdi. Atamın dəfndə iştirak etməyə getməsi üçün Xarici İşlər naziri Ceyhun Bayramova müraciət etdim.

Müraciətimə müsbət cavab verildi. Atama və mənə ölkəni tərk etmək üçün icazə verildi. Bu həssas məqamda nazirliyin bu qərarına görə, XİN rəhbərliyinə və Gürcüstanın Azərbaycandakı səfirliyinə minnətdarlığımı bildirirəm. Artıq atamla mən yas mərasimində iştirak üçün yola çıxmışıq".

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Ali Koç Azərbaycanla bağlı xəyalından danışdı

SONRAKI XƏBƏR

Salome Zurabişvili: “Gürcüstan, Azərbaycan, Ermənistan Qafqazı tərəqqi regionuna çevirməlidir”