Azərbaycanda baş həkim öz ərizəsi ilə işdən ayrılıb

Azərbaycanda baş həkim öz ərizəsi ilə işdən ayrılıb

Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi Yusif Quliyev tuttuğu vəzifədən azad olunub. Bu barədə 7 NEWS.az-ın bölgə müxbirinə baş həkimin özü açıqlama verib. Onun sözlərinə görə işdən ayrılmasını özü xahiş edib

"Bir müddət idi işdən azad edilməm barədə rəsmi müraciət etmişdim. Dünən reaksiya verildi və mən işdən azad edildim. Bakı şəhərindəyəm, ailəmin yanındayam. İşdən ayrılma səbəbim də ailəmə yaxın olmaq idi."- Y.Quliyev bildirib.

Məlumat üçün bildirək ki,Y. Quliyev 2 ilə yaxın Şəmkir rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini icra edib. Bu müddət ərzində xəstəxanada koronavirus xəstələrinin müalicəsi aparılıb.

Icmal.az

ƏVVƏLKİ XƏBƏR

Şəhidin 3 yaşlı oğluna “Buta” uşaq bağçasında ödənişsiz təhsil almaq hüququ verildi

SONRAKI XƏBƏR

Nəhəng lift qalası partladıldı – ANBAAN VİDEO