Alimlər Kembricdəki skeletlərin sirrini aşkar etdilər

Britaniyalı alimlər Kembricin üç fərqli ərazisində tapılan təxminən XII-XVI əsrlərə aid 12 yaş və ondan böyük 314 insanın sümüklərini təhlil ediblər.

Bu barədə “American Journal of Physical Antropology” jurnalında məlumat yer alıb.

Bildirilir ki, kilsə qəbiristanlığında dəfn olunanların çoxunda sümüklərin qırılması müşahidə edilib.

Qəbirstanlıqda olan skletlərin 44 %-də, monastırda basdırılan skletlərin 32 % -də bu cür əlamətlərə rast gəlinib. Bunların iş şəraitində yaranan zədələrdən başqa, həm də zor tətbiq edilmə səbəbindən baş verməsi də ehtimal olunur.

Tədqiqatçılar bildirirlər ki, Bütün Müqəddəslərin kilsə məzarlığında dəfn olunanlar həqiqətən çətin həyat sürüblər. Onların çoxu əl əməyi ilə kənd təsərrüfatı və tikinti işləri görən adi insanlar, monastırda dəfn olunanlar isə ya kilsə həyatı yaşayan, ya da zəngin xeyirxahlar olublar.

Sınıqlara daha çox kişilərdə rast gəlinib, ancaq qadınlarda da bunlar kifayət qədər olub.

Xəstəxanada yerləşdirilən insanların əsasən yaşlı, kasıb təbəqəyə aid olduğu və onlarda vərəm kimi xroniki xəstəliklərin olduğu müəyyənləşib.

Orta əsrlərdə müharibələrin olmasına baxmayaraq skletlərdə silah yarası olmayıb.

Qeyd edilir ki, insanların bəzilərinin sağ tərəflərindən aldıqları zədələr avtomobil vurmasından alınan yaralara bənzəyir.

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Şuşa şəhəri memarlıq baxımından necə bərpa edilməlidir?

SONRAKI XƏBƏR

Naftalan sakini ayağını laqonda ilə kəsib