Gürcülər soydaşlarımızın yaşadığı Quşçu kəndində xaç ucaltdılar

Gürcülər soydaşlarımızın yaşadığı Quşçu kəndində xaç ucaltdılar

Bu gün Marneuli rayonunun Quşçu kəndi ərazisində yerləşən Quşçu qalası üzərində yeni xaç ucaldılıb.

Turkustan.info 24News.ge-yə istinadla xəbər verir ki, xaçın ucaldılması mərasimində Marneuli və Hucabi yepiskopu Qiorqi Camdeliani və bir neçə keşiş – din xadimləri iştirak ediblər. Yeni hazırlanan xaç ilk öncə Quşçu qalasının üzərinə çıxarılıb və 6 il əvvəl ucaldılan xaçın yerinə yenidən bərkidilib daha sonra isə dini ayinlər yerinə yetirilib. Marneuli və Hucabi yepiskopu Qiorqi Camdeliani ərazidə 6 il əvvəl ucaldılmış xaçın naməlum şəxslər tərəfindən ərazidən sökulərək aparılmasını vandalizim adlandırıb. Camdeliyani deyib ki, kiməsə böhtan ata bilmərik lakin bununla bağlı polisin lazımı addımlar atacağına inanırıq. Qeyd edək ki, polis 2015-ci ildə qoyulan xaçın oğurlanması ilə bağlı Cinayət Məcəlləsinin 177-ci, oğurluq maddəsi ilə istintaq başladıb.

Kənd sakinlərinin verdiyi məlumata görə isə, bu fakt kənd sakinləri tərəfindən edilə bilməz. Onlar bildiriblər ki, 6 ilə yaxındır xaç orada durur və heç kim bu barədə hər hansı addım atmayıb. Bu gün xaçın oradan götürülməsi və yenidən ora xaçın gətirilməsini kənd sakinləri təxribat adlandırıblar. Xatırladaq ki, Qala ərazisində kilsə və ya monastr yoxdur və ətraf kəndlərdə isə sadəcə Azərbaycan türkləri yaşayır.

Mənbə: turkustan.info