"Bu il ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Onlardan 5 8947 nəfəri (o cümlədən 4 215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub".
Bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Abituriyent" jurnalının 6-cı nömrəsində yer alan "Ön söz" hissəsində bildirib.
O qeyd edib ki, 28 108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı, 30 522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
"Ali təhsil müəssisələrinin qəbul planı 97.07% dolub. Boş qalan plan yerlərinə ixtisas seçimi aparılandan sonra bu göstəricilər bir qədər də yüksələcək".
Xatırladaq ki, dünən ali məktəblərə qəbulun nəticələri açıqlanıb.
Mənbə: oxu.az