Cəlilabadda dərman növbəsi - VİDEO

Cəlilabadda dərman növbəsi - VİDEO

Cəlilabadda xəstəxanada şəkərli diabetdən əziyyət çəkən insanlara hörmətsizlik olunması ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Görüntülərdən aydın olur ki, şəkərli diabet xəstələri Cəlilabad Müalicə Diaqnostika Mərkəzindən dərmanlarını götürməyə gəliblər. Lakin karantin olmasına baxmayaraq, onlar arasında növbə gözlənilmir. Hər kəs bir pəncərədən, növbəsiz qəbul edilir. Xəstələr narazılıq edirlər ki, dərman almaq üçün əvvəlcədən növbə yazılmalı və ya xidmət başqa formada təşkil olunmalıdır.

“Qafqazinfo” məsələ ilə bağlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (MRX) direktoru Elnur Azadxanovla əlaqə saxlayıb. Direktor müşahidə olunan vəziyyət barədə açıqlama verib:

“Cəlilabad rayonu üzrə 4 000 yaxın şəkərli diabet xəstəsi var. Onlara hər ayın sonuncu həftəsi şəkər dərmanları paylanır. Xəstələrdən 2800-ə yaxın insan kənd əhalisidir. Onların diabet dərmanları kənd tibb məntəqələrinə verilir və evlərinə paylanılır. Cəlilabad MRX “COVID-19” xəstəxanası olduğundan, rayon əhalisinə dərmanlar müvəqqəti yerləşdiyimiz Cəlilabad Müalicə Diaqnostika Mərkəzində verilir. Onlara qabaqcadan məlumat verilir ki, hər ayın axırıncı həftəsi müraciət edib dərmanlarını alsınlar. Reseptləri yazılır, əvvəlcədən apteklərə təhvil verilir. Sadəcə, insanlar özləri orada növbəni qurmalıdırlar”.

Mənbə: paralel.az