Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)

Kərəm Mustafayev şəhid qızının toyuna gedə bilmədi - Hədiyyə göndərdi (FOTO)

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçmiş komandanı, sabiq müdafiə nazirinin müavini general-polkovnik Kərəm Mustafayev avqustun 16-da toyu olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şükür Həmidovun qızı Əzizə Həmidovaya hədiyyə göndərib.

Kərəm Mustafayev bəzi ciddi səbəblərə görə toyda iştirak edə bilmədiyini və buna görə təəssüfləndiyini qeyd edib.

Qeyd edək ki, şəhid qızı Əzizə xanım 2026-cı il avqustun 16-da Nicat adlı bəylə ailə həyatı qurub. Onun toy mərasimində generallar da iştirak ediblər.

Xatırladaq ki, general polkovnik Kərəm Mustafayev 2024-cü ildə vəzifəsindən azad olunub.

Mənbə: unikal.az