Xarici ölkələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Xarici ölkələrdə işləmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO
Xarici ölkələrdə iş imkanlarını nəzərdən keçirən vətəndaşlarımız bir sıra hallarda dələduzların qurbanına çevrilirlər.

Baku TV-yə istinadən xəbər verilir ki, bəziləri vəd olunan işlə təmin olunmaq üçün getdikləri ölkəyə belə çata bilmir, digərləri isə qeydiyyat zamanı vəd edilən əməkhaqqını və işi əldə edə bilmirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi "Azərbaycandan işçi qüvvəsinin ixracı" layihəsi isə vətəndaşların bu və digər problemlərlə üzləşməsinin qarşısını almağa kömək edir.

Bəs bu layihədə iştirak etmək üçün hansı qaydalara əməl olunmalıdır?

Mənbə: oxu.az