Şəhidlərin xatirəsi üçün bütün Azərbaycanı piyada gəzir - Video

Şəhidlərin xatirəsi üçün bütün Azərbaycanı piyada gəzir - Video

Hazırda Xocalıda yaşayan 24 yaşlı Bəhruz Hüseyn oğlu Hümbətov piyada səyahətə çıxaraq Azərbaycanın bütün rayonlarında şəhid abidələrini ziyarət etməyi qarşısına məqsəd qoyub.

Bu il mayın 4-də yürüşə başlayan Bəhruz bu gün artıq 47-ci rayona, Cəlilabada çatıb.

Qeyd edək ki, peşəcə fotoqraf olan Bəhruz Xocalının Meşəli kəndindən olan şəhid Bəhlul Hümbətovun nəvəsidir.

Surxay Şahbazov

Mənbə: qafqazinfo.az