Masazırda bu yoldan keçən sürücülər qorxu içindədir - VİDEO

Masazırda bu yoldan keçən sürücülər   qorxu içindədir - VİDEO

Masazırda Duz gölü istiqamətində magistral yolun işıqsız olması sürücülər üçün ciddi çətinlik yaradır.

Bu barədə aparıcı Arzu Kəlbi sosial şəbəkə hesabında paylaşım edib. O, gecə saatlarında yoldan video çəkərək işıqların olmamasından şikayətlənib.

Aparıcı deyir ki, qaranlıq səbəbindən yoldakı xətləri belə görmək mümkün deyil:
"Bu yolda işıq yoxdur. Heç nə görmürəm. Gördüyüm yalnız qarşıdan gələn avtomobillərin işıqlarıdır. Bura çox təhlükəli yoldur. Nə yerdəki xətti görürəm, nə də öz yolumu bilirəm. Bu qədər də olmaz. İşıqlandırın buranı”, - deyə o bildirib.

Mənbə: www.bakupost.az