Bəzi kolleclərin profilinə uyğun olaraq ali təhsil müəssisələrinin tərkibinə verilməsi, bir qisminin isə fəaliyyətinin dayandırılması nəzərdə tutulur.
Xəzər TV-yə istinadən bildirilir ki, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, millət vəkili Anar İsgəndərov ali təhsil haqqında qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub.
O, bildirib ki, artıq bu istiqamətdə işlərə başlanıb. Məqsəd kolleclərin uyğun ali təhsil müəssisələri ilə əlaqələndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir.
Deputat bildirib ki, kolleclərin ixtisaslarına uyğun universitetlərin tərkibinə verilməsi təhsil prosesində mövcud problemlərin aradan qaldırılmasına imkan yarada bilər.
Daha ətraflı videomaterialı təqdim edirik.
Mənbə: news.milli.az