Bakı, 26 oktyabr, AZƏRTAC
Payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 26-da Bakının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun S.S.Axundov küçəsində, Qaradağ rayonunun Qobustan qəsəbəsində, Təzə Yurd və 2A yaşayış massivlərində qazın verilişi müvəqqəti dayandırılacaq.
Mənbə: azertag.az