30 illik həsrətə son qoyan 44 gün – Zəfər Qələbəsi

30 illik həsrətə son qoyan 44 gün  – Zəfər Qələbəsi

30 illik işğal... 30 illik yara... Kimilərinə uzun, kimilərinə qısa... 30 il hər Allahın günündə qəlblərdə bir ağrı, sızıltı. Hər günün ağrısı ilə daha da gücləndik. Hər gün daha da intiqam hirsi bürüdü gözlərimizi. Bütün Azərbaycan xalqını birləşdirən bir sual var idi: "Bu işğal nə zaman bitəcək?", "Öz dədə baba torpaqlarımıza nə zaman geri dönəcəyik?"sualları ilə yaşadıq, 30 il. Bir qazimizin dediyi "Yaram deyil, 30 illik işğal məni incidirdi" deməsi arzusuna 44 gün davam edən Vətən Müharibəsində Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyev cənablarının "İRƏLİ!" əmrilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə 30 illik həsrətə son qoyuldu. 30 ildə Qarabağ sözü qəlblərdə yaranmış ağrıya, niskilə, "kaş kilərə", göz yaşlarına son qoyuldu. Bütün şəhidlərimizin qanı yerdə qalmadı. Ədalət qalib gəldi, ərazimiz bütövləşdi, Qarabağ Azərbaycanımıza qovuşduq. Bir sözlə, haqqın öz yerini tapdığı gün gəlib çıxdı və Cənab Prezidentimiz İham Əliyevin də dediyi kimi: "Bizim üçün artıq 30 illik işğal da, müharibə də arxada qalmışdır". Bəli, bütün bunlara 44 günlük müharibə ərəfəsində – öz torpaqlarımıza göz tikən, sonra da torpaqlarımızdan Müzəffər Ordumuzun əsgər və zabitləri tərfəindən it kimi qovulan faşistxislətli vandal, yeri-yurdu olmayan işğalçı eerməni əsgərlərinə elə bir dərs verildi ki, hətta bütün hərbi sursatlarını, hər şeylərini qoyub qaçdılar. Ancaq bilmədilər ki bütün ailəsinin gözləri önündə işgəncə ilə qəddarcasına məhv olmasına şahid olan oğulların atəşinin səsini kəsmək 30 il əvvəlkinə heç bənzəməz. Bu intiqam atəşidir! Bu həsrət atəşidir! Bu ədalət atəşidir! Ali Baş Komandanımızın sarsıdılmaz dəmir yumruğu, igid oğullarımızın böyük qəhramanlıqları və Azərbaycan xalqının mərdliyi , yenilməzliyi sayəsində vəsiyyətimizi yerinə yetirmişik.

Ruhun şad olsun müstəqil Azərbaycanın qurucusu Ulu Öndərimiz Heydər Əliyev! Bizə etibar etdiyiniz həmin o Qarabağ «məsələsi» ki, var idi, artıq yoxdur. Qarabağ məsələsi artıq sizin siyasətinizi uğurla davam etdirən ölkə başçımız cənab İlham Əliyev tərəfindən əbədi olaraq öz həllini tapdı – torpaqlarımız bütövləşdi, Qarabağ Azərbaycandırımıza qovuşduq!

Nə böyük uğurdur! Artıq başımızı dik tutub Şəhidlər Xiyabanını ziyarət edə bilirik.

Böyük mütəfəkkir şairimiz Əhməd Cavadın:

Səndən ötrü can verməyə cümlə azırız,

Səndən ötrü qan tökməyə cümlə qadiriz"!

Üçrəngli bayrağınla məsud yaşa!- sözləri sadəcə söz xatirinə deyilmir, . bu günümüzə, mabahımıza, gələcəyimizə çatdılmaq, unudulmamaq üçün deyilib. Yazılmış hər misranın mütləq yaşanmışlığı vardır. Əsrlərdir bu vətən uğrunda qan töküb can veririk. Yəni, ayaq basdığınız, ayaq basdığımız bu torpağın hər qarışında hər damla qanın haqqı olan ŞƏHİDLƏRİMİZ var... Unutmuruq! Unutdurmuruq!

Aytac Məhərrəmli,

YAP Səbail rayon təşkilatının Gənclər Birliyinin üzvü

Mənbə: sia.az