"Allah heç bir bacıya qardaş dağı göstərməsin" - FOTO

"Allah heç bir bacıya qardaş dağı göstərməsin" - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Yalçın Rzazadə ilə evində vida mərasimi keçirilib.

Mərhum müğənnini bacısı Gülnaz xanım axşam.az-a açıqlamasında qardaşından danışarkən halı pisləşib. O bildirib ki, tək istəkləri Yalçın Rzazadənin səsinin unudulmamasıdır:

"Rəbbim, bu dağı mənə çəkdi. Nəfəsim, qardaşım getdi. Məni qoyub hara getdi... Gözəl, gözəl qardaşım getdi. Allah heç bir bacıya qardaş dağı göstərməsin. Onu hara aparırlar... Qardaşım xəstə olanda Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Türkiyəyə aparıldı. Yüksək səviyyədə müalicəsi edildi. İndi tək diləyimiz qardaşımın səsi unudulmasın".

Milli.Az

Mənbə: news.milli.az