Azərbaycanda partiya sədrlərinin COVİD-19 əleyhinə vaksinasiyasına başlanıldı

Azərbaycanda partiya sədrlərinin COVİD-19 əleyhinə vaksinasiyasına başlanıldı

Azərbaycanda siyasi partiya sədrlərinin COVİD-19 əleyhinə vaksinasiyası başlayıb.

APA xəbər verir ki, peyvəndləmə Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında aparılır. Bunun üçün xəstəxana lazımi tibbi avadanlıqlarla təmin edilib.

İki gün ərzində həyata keçiriləcək prosesin ilk günündə 22 partiya təmsilçisi vaksinasiya olunacaq.

Mənbə: apa.az