Sumqayıtda susuz və işıqsız qalan sakinlər – VİDEO

Havaların kəskin soyuması Sumqayıtda bir sıra fəsadlara yol açıb. Ötən gecədən etibarən şəhər ərazisində işığın verilməsində problemlər yaşanıb.

Sakinlər bildirib ki, dünən axşam saatlarından işıqlar sönüb.

Şəhərin Yaşıl dərə yaşayış massivində eləcə də Saray qəsəbəsi Üzümlük yaşayış massivində ötən gecədən işıqlar sönüb.

Mövcud problemlə bağlı “Azərişıq” ASC-nin Şimal-Regional dairəsindən bildirilib ki, havaların kəskin soyuması səbəbindən şəhərin Yaşıl Dərə yaşayış massivində olan 10 kilovatlıq Komplekt Transformator Məntəqəsində (KTM) keçid izolyatoru sıradan çıxıb.

Daha ətraflı Baku TV-nin süjetində:

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

TBMM-də Xocalı sərgisi təşkil olunacaq

SONRAKI XƏBƏR

"İsgəndər”in yaradıcısı: “Paşinyan ağzının danışığını bilmir”