Sərt şaxta səbəbilə enerjinin qiyməti kəskin qalxdı - Naqillər sıradan çıxıb

Sərt şaxta səbəbilə enerjinin qiyməti kəskin qalxdı -  Naqillər sıradan çıxıb

ABŞ-da hökm sürən şaxtalı hava şəraiti ciddi fəsadlara yol açıb.

Metbuat.az xəbər verir ki, sərt soyuqlar nəticəsində 100-ə qədər insan həyatını itirib. Texas ştatında 8 milyon insan içməli su problemi ilə üzləşib. Sakinlər su əldə etmək üçün uzun növbələr gözləyir. Vəziyyətdən istifadə edən yerli enerji şirkətləri qiyməti 300 dəfə artırıb. Bununla belə, naqillər sıradan çıxdığından minlərlə mənzilə elektrik enerjisinin verilməsi dayanıb.

Qeyd edək ki, 5 gündən çoxdur ABŞ-da qütb soyuqları hökm sürür.

Anar Türkeş 

Mənbə: metbuat.az