Bakalavrlara güzəştlər olacaq? - AÇIQLAMA

Bakalavrlara güzəştlər olacaq? - AÇIQLAMA

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının həftəsonu keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olan müraciətlər araşdırılır.

KONKRET.az xəbər verir ki, bu barədə DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

Məlumata əsasən, imtahanda iştirak edəcək bakalavrlara güzəştlərin olub-olmayacağı barədə 27 fevral tarixinə qədər məlumat veriləcək.

Qeyd edək ki, DİM tərəfindən təşkil edilən bir neçə proqram üzrə magistraturaya qəbul imtahanlarının həftəsonu (27 fevral) keçirilməsi nəzərdə tutulub. İmtahan tarixi həftəsonları ictimai nəqliyyatını hərəkəti məhdudlaşdırıldığına görə, tələbələr tərəfindən narazılıqla qarşılanıb.

Mənbə: konkret.az