COVID-19 antitellərinin hamiləlikdə körpəyə keçdiyi sübut edildi - ARAŞDIRMA

"Weill Cornell" tibb universitetindən olan mütəxəssislər apardığı araşdırmada koronavirus testi nəticəsində körpələrdə aktiv virusun olmadığını, antitelləri plasenta vasitəsilə anadan köçürüldüyünü qeyd ediblər.

Milli.Az xəbər verir ki, "Science Daily"nin məlumatına görə, araşdırma Nyu-Yorkda koronavirus xəstələrinin çox olduğu xəstəxanalarının birində doğan 88 qadına aid qan nümunələri əsasında aparılıb.

Belə ki, dünyaya gələn körpələrin 78 faizinin göbək kordonundan alınan qan nümunələrində antikor tapılıb.

Çalışmaya qatılan qadınlarda, daha əvvəl kovid-19-a yoluxduqlarını göstərən antitellərə rastlanıb. Və bunların 58 faizinin asemptomatik olduğunu bildiriblər. Mütəxəssislər koronavirus testi nəticəsində körpələrdə virusun tapılmadığını, antitellərin anadan plasenta yolu ilə keçdiyini qeyd edirlər.

Həmin araşdırma "Amerika Qadın Xəstəlikləri və Doğum (American Journal of Obstetrics and Gynecology) jurnalında yayımlandı. /medicina.az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

La Sapienza Roma Universitetinin məzunu Mingəçevir Dövlət Universitetində fəaliyyətə başlayıb (FOTO)

SONRAKI XƏBƏR

Fransa-Azərbaycan münasibətləri - VİDEO