Şüşə ilə dolu konteynerlərdən 41 miqrant çıxdı – VİDEO

İspaniya sərhəd polisi qeyri-adi halla üzləşib.

“Haber Global”ın məlumatına görə, Melilla limanında şüşə dolu konteynerlərin içində gizlənmiş və ölkəyə qeyri-qanuni yolla daxil olmağa çalışan miqrantlar aşkar edilib.

Bütovlükdə, yük konteynerlərindən 41 miqrant çıxarılıb.

İspaniyanın hərbi hüquq-mühafizə təşkilatı olan “Guardia Civil” əməliyyatın videogörüntülərini qeydə alaraq paylaşıb.

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Fransa-Azərbaycan münasibətləri - VİDEO

SONRAKI XƏBƏR

“Tottenhem” Avroliqanın 1/8 finalında