Qarlı hava Oğuzda nəqliyyatın işini çətinləşdirib

Qarlı hava Oğuzda nəqliyyatın işini çətinləşdirib

Oğuz rayonunda yolları buz bağlayıb, avtomobillərin hərəkəti çətinləşib.

Redaktor.az-ın məlumatına görə, qar Oğuzda nəqliyyat vasitələrinin işini çətinləşdirib.

Qarın yağmasından sonra temperatur mənfi 9 dərəcəyədək enib. Şəhər ərazisindəki əsas küçə və prospektlər buz bağlayıb. Küçələrdə qalan avtomobillər ətrafdakıların köməyi ilə yollardan çıxarılıb.

Hazırda qar yağmağa davam edir. Bu gecə temperaturun daha bir neçə dərəcə enəcəyi gözlənilir.

Mənbə: redaktor.az