İldə cəmi iki dəfə baş verən möhtəşəm hadisənin görüntüləri yayıldı - FOTO/VİDEO

İldə cəmi iki dəfə baş verən möhtəşəm hadisənin görüntüləri yayıldı - FOTO/VİDEO

Misirin Asuan şəhərində Əbu Simbel məbədində yerləşən Firon II Ramsesin heykəlini Günəş işığı vurub.

Misirdə ildə cəmi iki dəfə müşahidə olunan bu astronomik hadisə hər zaman yerli və xarici turistlər tərəfindən böyük maraqla izlənilir.

Bu barədə “Haber Global” xəbər yayıb.

20 dəqiqə davam edən sözügedən hadisə yalnız II Ramsesin “ad günü” kimi qəbul edilən 22 oktyabrda və “tacqoyma günü” sayılan 22 fevralda baş verir.

Qeyd edək ki, sözügedən məbəd 20 il ərzində inşa edilib. Ümumiyyətlə, Əbu Simbel və ətrafı fironlar dövründə astronomiya baxımından əhəmiyyətli bir bölgə olub. Məntəqənin şimal-qərbində 11 min il əvvələ məxsus daş kompas və yağış vaxtını göstərən daş saat var.

Mənbə: www.oxu.az