Fransada yeni koronavirus peyvəndinin sınaqlarına başlanılır

Fransada yeni koronavirus peyvəndinin sınaqlarına başlanılır

Fransanın “Xenothera” biotexnologiyalar şirkəti yaratdığı koronavirus vaksinin kliniki sınaqlarına başlayıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd edilir ki, vaksinə “Xav-19” adı verilib.

Vaksinin sınaqları proqramı Fransanın tibb orqanları tərəfindən bəyənilmiş preparatların operativ kliniki sınaqlarının 15 növündən biri olan “Polycor” standartları üzrə keçirilir. Sınaqlar bütovlükdə Nant universiteti hospitalının koordinasiyası ilə ölkənin 40 xəstəxanasında keçiriləcək. Preparat 400 könüll pasiyent üzərində yoxlanılacaq. Hazırda sınaqlarda 21 hospitalın 67 pasiyenti iştirak edir.

Sınaqlar böyük dəqiqliklə və statistik göstəricilər əsasında vaksinin effektivlik səviyyəsini müəyyən etməyə imkan verməlidir.

Mənbə: azpolitika.info