Covid-19 pandemiyası nə vaxt başa çatacaq? - ÜST müddət göstərir

Covid-19 pandemiyası nə vaxt başa çatacaq? - ÜST müddət göstərir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun başçsı Hans Klyuqe hesab edir ki, koronavrus pandemiyası 2022-ci ilin əvvəlində başa çatacaq. Bu barədə o, Danimarkanın «DR» telekanalına verdiyi müsahibədə bildirib.

«Pis ssenari arxada qalıb. Biz, virus barədə 2020-ci illə müqayisədə çox şeyi bilirik. O zaman virus yenicə yayılmağa başlayırdı» - Klyuqe deyib.

Onun fikrincə, virus yayılmasını davam etdirir, ancaq bütün məhdudiyyətlərə ehtiyac olmayacaq. Bu zaman mütəxəssis qeyd edib ki, bu, mümkün inkişaf variantıdır, amma dəqiq nəticəni müəyyən etmək hələlik mümkün deyil.

Koronavirusun yeni mutasiyalarına gəlincə, bu, normal prosesdir, çünki virus insana adaptasiya etmək cəhdi göstərir - mütəxəssis bildirib. Onun sözlərinə görə, ÜST virusa qarşı vaksinin effektliliyini yeni mutasiyalar fonunda diqqətlə izləyir. Bununla yanaşı ÜST nümayəndəsi qeyd edib ki, yeni mutasiyalarla mübarizə üçün ehtiyac olarsa, vaksinlər dəyişdirilə bilər və bu zaman onların sıfırdan başlanmasına ehtiyac olmayacaq.

AzPolitika.info

Mənbə: azpolitika.info