Çinin kosmik aparatı Mars orbitinə çatıb - Tezliklə işə başlayacaq

Çinin kosmik aparatı Mars orbitinə çatıb - Tezliklə işə başlayacaq

Çin Xalq Respublikasının (ÇXR) «Tyanven-1» pilotsuz kosmik aparatı fevralın 23-də Marsın orbitinə daxil olub və tezliklə elmi araşdırmaya başlayacaq. Bu barədə Ayın tədqiqi mərkəzi və Çinin kosmik proqramları üzrə Milli kosmik idarəsi xəbər verib.

Sosial «WeChat» şəbəkəsinin rəsmi səhifəsində dəqiqləşdirilir ki, zond trayektoriyanın korrektə edilməsini Pekin vaxtı ilə 06:29 dəqiqədə (Bakı vaxtı ilə 02:29-da) başa çatdırıb. Mərkəzin məlumatına görə, yaxın 3 ayda aparat planet səthindən 280 - 59 kilometr hündürlükdə yerləşəcək (planetə ən yaxın məsafədə). Buraxılma anından başlayaraq, aparat 470 milyon kilometrdən artıq (Yerlə Mars arasında düz xətt üzrə uçuş) məsafə qət edib. Mars orbitinə daxil olarkən o, bizim planetdən 212 milyon kilometrdən artıq məsafəyə qədər uzaqlaşıb.

Gözlənilir ki, may-iyun aylarında zond Utopiya düzünün cənub hissəsinə yumşaq eniş edəcək. Ehtimal edilir ki, planetin bu hissəsində qrunt suları üzə çıxa bilər. Marsoxod torpağın, ionosferin və iqlimin tədqiqi ilə məşğul olacaq.

Aparat iyulun 23-də (2020) «Çançjen-5» daşıyıcı raketinin köməyi ilə Vençan kosmodromundan buraxılıb və fevralın 10-da Marsın elliptik orbitinə çatıb. Onun çəkisi 1,3 tondur. Aparat müasir ölçü cihazları ilə təchiz olunub.

AzPolitika.info

Mənbə: azpolitika.info