Çində ildə 10 milyon nəfər yoxsulluq səviyyəsindən çıxıb

 

Pekin, 25 fevral, AZƏRTAC

Çində 2012-ci ildən bəri hər il orta hesabla 10 milyon nəfər yoxsulluq həddindən çıxıb.

AZƏRTAC xəbər verir ki, bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin fevralın 25-də Pekində ölkədə yoxsulluğun azaldılmasına dair konfransda deyib. O, Çində 1979-cu ildə açıq iqtisadiyyat siyasətinin başladığı vaxtdan bəri isə ümumilikdə 770 milyon kəndlinin yoxsulluq səviyyəsindən çıxdığını bildirib.

Ölkəsinin kəskin yoxsulluğun aradan qaldırılmasına nail olduğunu bildirən Si Cinpin əlavə edib ki, yoxsulluğun azaldılması prosesi uzun bir yoldur və buna yalnız qətiyyət sayəsində nail olmaq mümkündür.

Çin lideri bildirib ki, ötən 8 ildə 832 qəza və 128 min kənd yoxsulluq səviyyəsindən çıxıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Şabran rayonunda Xəzərin sahili donub

SONRAKI XƏBƏR

“Telegram” messencerinə yeni funksiyalar əlavə edilib - VİDEO