Naftalanlı gənclər şəhidlərin xatirə kompleksində təmizlik işləri aparıblar

Naftalanlı gənclər şəhidlərin xatirə kompleksində təmizlik işləri aparıblar

Bakı, 26 fevral, AZƏRTAC

Naftalan şəhər Gənclər və İdman İdarəsinin, Yeni Azərbaycan Partiyası Naftalan şəhər Təşkilatının birgə təşkilatçılığı ilə şəhərimizin bir qrup gənc könüllüsü Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq xatirə kompleksini ziyarət edib, kompleksdə təmizlik işləri aparıblar.

AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, aksiya çərçivəsində şəhər Gənclər və İdman idarəsinin, Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının əməkdaşları və gənc könüllüləri şəhidlərin abidəsini yuyaraq, kompleksin ətrafını təmizləyib, ərazini səliqəyə salıb və gül dəstələri qoyublar.

Gənc könüllülərin bu nəcib aksiyası Şəhidlərin ailələri və şəhər ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanıb.

Mənbə: azertag.az